Azərbaycan Sayokan Federasiyasından istefalar başladı
Azərbaycan Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazovdan sonra Federasiyanın İdarə Heyətinin üzvü Həbib Ələkbərsoy da vəzifəsindən istefa verib. O, Azərbaycan Sayokan Federasiyasının İdarə Heyətinə göndərdiyi müraciətdə İdarə Heyətinin üzvlüyündən imtina etməsi barədə məlumat verib.
Qeyd edək ki, bir necə gün əvvəl Sayokan Türk döyüş sənətinin Azərbaycanda yaradıcısı, Azərbaycan Sayokan Federasiyasının prezidenti və Sayokan Dünya Federasiyasının Azərbaycan təmsilçisi Vasif Namazov hər iki vəzifəsindən istefa verib. Bunun ardınca isə, Azərbaycanın ilk sayokançılarından olan və ictimayiətdə tanınmış sima olan Həbib Ələkbərsoyun istefası Sayokana dəymiş növbəti ağır zərbə hesab olunur və ümumiyyətlə bundan sonra Sayokandan istefaların və qopmaların geniş vüsət alacağı gözlənilir.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, Həbib Ələkbərsoy Sayokana ünvanladığı müraciətdə istefasına səbəb kimi olduqca ciddi arqumentlər gətirib. Lakin, bu barədə jurnalistin sualına cavab vermək istəmədiyini bildirib. O, Sayokançılara və xüsusən Vasif Namazova olan sayğısına görə istefasına səbəb olan məsələləri ictimayiləşdirmək istəmədiyini bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR