Həştərxanda Rusiya Federasiyası hökuməti yanında Dəniz kollegiyasının rəyasət heyətinin iclası keçirilib. İclasa Rusiya baş nazirinin müavini Dmitri Roqozin rəhbərlik edib.
Miq.az report-a istinadən xəbər verir ki, gündəliyin əsas mövzusu Rusiya kruiz çay donanmasının köhnəlməsi olub.
İclasda, həmçinin Həştərxan və Bakı arasında kruiz marşrutunun təşkili barədə də söhbət gedib. Marşrut üzrə ilk çarter reysinin artıq bu il açılacağı bildirilib.
İclasın gündəliyinə çıxarılan digər məsələ isə "Şimal-Cənub" dəhlizi üzrə konteyner daşımalarının təşkili məsələsi olub. Region üçün tez xarab olan və taxıl məhsullarının Azərbaycan və İrana qədər nəqlinin, xüsusilə perspektivli olduğu qeyd olunub.
"Nəticədə kifayət qədər etibarlı Rusiya-Azərbaycan-İran dəhlizi ortaya çıxır. Oradan da Hindistana və bütün bu böyük regiona çıxış. Bizim tərəfimizdən əlimizdə olan nadir tranzit imkanlarından yararlanmamaq axmaqlıq olardı", – deyə Dmitri Roqozin bildirib.
Miq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL