Şeyx biabır etdi: “Ora-burasını açır, pullu kişi tapır, sonra da...”

Şeyx biabır etdi: “Ora-burasını açır, pullu kişi tapır, sonra da...”

"Efirə baxa bilmirəm, əsəbimdən təzyiqim qalxır. Baxırsan ki, fiqura, sinə-baş, gözəllik yerində, di gəl, ağzını açanda bilmirsən danışır, ya mahnı oxuyur. Nə səs var, nə səs duyumu. Bunlardır mədəniyyətimizi kor qoyan”.

Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli şou-biznes əhlini sərt tənqid edib.

Yenicag.az-a açıqlama verən rejissor bir çox müğənnilərin xarici görünüşü və maddi dəstək hesabına qabağa getdiklərini bildirib:

"Deyir, görünüşüm var, bir az da ora-burasını açır, üz-gözünü bəzəyir, pullu kişi tapıb, gedirlər qabağa. Deyir, mənə baxacaqlar da, oxumasam da olar. Biabırçılıqdır vallah, hamı olub müğənni. Hələ utanmaz-utanmaz xalqın da adından danışırlar. Deyirlər xalq məni sevir. Televiziyaların səhər proqramlarına baxırsan, hamısında həmin müğənnilərdir. Bunları efirdən yığışdırmaq lazımdır. Nə qədər olar axı”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az