Həyat yoldaşına Londondan ev aldı
Aktyor Engin Altan hamilə həyat yoldaşı Neslişah Alkoçlara sürpriz edib.
Vətəninfo.az məlumat verir ki, Axşam.az-ın
"acunn.com”a istinadən xəbərinə görə, aktyor xanımı üçün Londonda ev
satın alıb. Engin mənzilə 300 min sterlinq ödəyib.
Həyat
yoldaşının ad gününü qeyd etmək üçün Londona getdiyini düşünən Neslişah
qarşılaşdığı sürprizdən şok olub. Göz yaşlarını saxlaya bilməyən
Neslişah sevincini ilk olaraq ailəsi ilə bölüşüb.
Alkoçlar Londonu çox sevdiyini və orada təhsil alan qardaşının yanına tez-tez gedib-gəldiyini bildirib.