Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasında tələb etdiyi məbləği artırıb.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə AzNews.az-a İ.Quliyevanın vəkili
Tahir Əlirzayev məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva
E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon
təzminat davası açıb:
"Elza Seyidcahan çöx böyük yalnışlığa yol
verib. O, dövlətin verdiyi adı təhqir edib. Elza Seyidcahan səhvinin
qarşılığını bu cür ödəyə bilər”.
T.Əlirzayev vurğulayıb ki, Elza Seyidcahan deputat olsa da, olmasa da tələb olunan təzminatı ödəməlidir:
"O,
ömür boyu işləyəcək və qazandığı pulu İlhamə Quliyevaya ödəyəcək. Başqa
yolu yoxdur. Biz məhkəmədən bu pulun alınmasını tələb edəcəcyik”.
Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə onu meymun adlandırıb. E.Seyidcahan isə "Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Mən Şöhrət ordenli "şərəfsiz” olmayacağam” - deyə bildirib. Bundan əsəbiləşən İ.Quliyeva isə bəstəkarı məhkəməyə verib. Bir müddət əvvəl Elzadan yarım milyon təzminat tələb edəcəyini deyən İ.Quliyeva, son anda fikrindən daşınıb və məbləği ikiqat artırıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL