Moskvada “Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” adlı dəyirmi masa keçirilib
“Rusiya və Azərbaycanı dövlət suverenliyi, milli təhlükəsizlik və adət-ənənələrin qorunması birləşdirir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Parlamentskaya qazeta”da keçirilən “Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Elm və texnologiya komitəsinin sədr müavini Axmet Erkenov deyib.
O bildirib ki, Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etsə də, insanlar hər zaman birinci Avropa Oyunlarını xatırlayacaqlar: “Əminəm ki, Avropa oyunları təkcə idman deyil, dünyəvi məna daşıyır. Tikilən otellər, idman kompleksləri iqtisadiyyatı inkişaf etdirir”.
A. Erkenov Avropa Oyunlarının açılış mərasimində təkcə Rusiya prezidentinin deyil, 20-yə yaxın dövlət başçısının iştirak etdiyini xatırladıb.
Avropa Oyunlarındakı Rusiya parlament nümayəndə heyətinin koordinatoru Darya Qrevtsova isə bu yarışların sayəsində Azərbaycanın turizmlə bağlı qarşısına qoyduğu məqsədə çatdığına əmin olduğunu söyləyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL