"İŞİD-ə qarşı həyata keçirilən əməliyyat məqsədinə çatıb”.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Silahlı Qüvvələrinin Suriya ərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, birdəfəlik əməliyyat deyil. Əməliyyatlar davamlı olacaq: "Sərhəd bütövlüyümüzə təhlükə yaranan anda tədbir görüləcək. Türkiyə Silahlı Qüvvələri aldığı təlimata əsasən, İŞİD-in mövqelərinə zərbələr endirib. Əməliyyatlar barədə rəsmi Dəməşqə məlumat vermək məcburiyyətində deyilik. Qərar Ankarada qəbul edilib və icra olunub. Türkiyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir”.
Əhməd Davudoğlu İŞİD və PKK terror təşkilatlarının Türkiyədə eyni zamanda terror hadisələri törətməsinin təsadüfi olmadığını bildirib: "Türkiyə hədəfə götürülüb”.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL