Azərbaycandan ailəsi ilə birıikdə Suriyaya gedərək İŞİD-ə qoşulmaq istəyən şəxs tutulub.
Vətəninfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satmaq adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.
Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR