İsrail baş naziri tələb etdi - "Əl-Axsa" kanalının yayımı dayandırıldı

İsrail baş naziri tələb etdi -
İsrailin baş naziri Binyamin Netanyahunun tələbilə Fransanın "Eutelsat" şirkətinin"Əl-Axsa" telekanalının yayımını dayandırıldığı haqda məlumatlar yayılıb.
 
 Miq.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İsrail baş nazirinin ofisindən verilən yazılı açıqlamada bu barədə bildirilir. Qeyd olunur ki, B.Netanyahu Fransa Prezidenti Fransua Hollanda zəng edərək telekanalın "fitnəkar" işlərlə məşğul olması iddiasıyla "Əl-Axsa" telekanalının peyk yayımının dayandırılmasını tələb edib.
 
Həmçinin, açıqlamada Həmasa məxsus kanalın İsrail baş nazirinin tələbi ilə dayandırıldığı və bunun üçün F. Ollanda təşəkkür edildiyi məlumatı da yer alıb.

Miq.az


 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az