Vətəninfo.az xəbər verir ki, Quba rayonunda fəaliyyət göstərən jurnalist rüşvət alarkən saxlanılıb. Quba rayon polis şöbəsinin rəisi Seyfulla Əzimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, müxbir fəaliyyətilə məşğul olan Dəyanət Məmmədov barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.
Şikayət edən vətəndaş bildirib ki, jurnalist ona hədə-qorxu gələrək, ondan 3 min manat tələb edir. Şikayət əsasında əməliyyat keçirilib. Əməliyyat zamanı vətəndaş tələb olunan pulu jurnalistə təqdim edib. Dəyanət Məmmədov pulu alan zaman hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər. Polis onu pulu alarkən yaxalayaraq Bakıya aparıb.
Qeyd edək ki, Dəyanət Məmmədov uzun müddər Quba rayonunda müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. O, sonradan əvvəllər çalışdığı kanalların adından istifadə edərək reketliklə məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR