Bakıda kirayə evlərin qiymətində artım olacaq.
Vətəninfo.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında təqribən 15-20% bahalaşma gözlənilir.
R.Osmanlı vurğulayıb ki, kirayə bazarında qiymət artımı ilə bağlı ortaya qoyulan proqnozlar bu seqment üzrə xarakterik olan hadisələrə və ümumi konyukturaya hesablanmış fikirlərdir: "Tələbələrin Bakıya axınına az qalıb. İndidən bölgələrdən gələn tələbələr kirayə ev tutmağa başlayırlar. Bu səbəbdən qiymətlərdə süni bahalşma meydana gəlir.
Bu axın kirayə bazarında tələbi artıracaq. Tələbin artımı isə təbii ki, qiymət artımını stimullaşdıracaq. Amma kirayə bazarının mənzil bazarının bir hissəsi olduğunu nəzərə alsaq, düşünürəm ki, mənzillərin satış qiymətlərindəki azalmalara görə kirayə bazarında qiymət artımı kəskin xarakter daşımayacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL