İyulun 21-də axşam saatlarında Kiyevin Dmitriyevski küçəsində səkkiz nəfər yetkinlik yaşına çatmayan şəxs iki Azərbaycan vətəndaşını döyüblər.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində Kiyev şəhər sovetinin deputatı Yelena Eskina yazıb.
"Quldurluq hadisəsi baş verib (bu barədə mənə polis bildirib). Hazırda təcili yardım maşını gəlib. Hadisə yerinə istintaq qrupu cəlb olunub.
Mənim gözümün qabağında 16-17-i yaşlı yeniyetmələrin ciblərindən biz və bıçaqlar çıxarılır. İndi zərərçəkmiş xarici vətəndaşlarla (azərbaycanlılardır) danışıram. Deyirlər ki, içində sənədləri olan paketi oğurlayıblar (Azərbaycan vətəndaşının pasportu, Ukraynada yaşamaq hüququ verən sənəd, Ukrayna vətəndaşı olan qadınla nigaha girmək haqqında şəhadatnamə) və qiymətli əşyalar (telefon, nasos) və qida məhsullarının olduğu çanta qarətçilər tərəfindən əllərindən alınıb ",- deputat yazır.
Xanım deputat hadisənin araşdırılmasını şəxsi nəzarəti altına almağı vəd edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL