Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var

Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Axtaçı kənd sakini "Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb.

Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib. Fakt araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az