Bu gün səhər saatlarında Ələt-Astara magistralının 91-ci kilometrliyində, yolun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi bilinib.
Vətəninfo.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, avtobusda olan sərnişinlərin əksəriyyəti Neftçala rayonunun Xıllı qəsəbəsindən Məşhəd ziyarətinə gedən zəvvarlar olub. İran İslam respublaksı vətəndaşı Fajir Nağı oğlu Fariborun idarə etdiyi iri tutumlu sərnişin avtobusu sozü gedən ərazidə sərt döngədə anidən idarəetməni itirib. Və aşaraq yol kənarına düşüb. Nəticədə aşan avtobus ciddi zədələnərək yararsız hala düşüb. Qəza nəticəsində Neftçalanın Xıllı qəsəbəsi sakinləri-53 yaşlı Afət Məhərrəmov, 55 yaşlı Elşad Məmmədov və 62 yaşlı Təbib Məmmədov hadisə yerindəcə keçinib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili yardım maşnları ilə xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR