Ləğv edilmiş marşrut yenidən xəttə buraxılır
Avropa Oyunları ilə əlaqədar tamamilə ləğv edilən 20 saylı marşrut avtobusu yenidən bərpa edilib.
Vətəninfo.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, 8 oktyabr 2015 tarixindən 20 saylı marşrut avtobusu yenidən fəaliyyətə başlayacaq.
Marşrut avtobusunun hərəkət cədvəli "Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaq. Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir.
Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar paytaxtın sərnişin nəqliyyatı sistemində bəzi dəyişikliklər edilmişdi. Bəzi marşrut xətləri birləşdirilmiş, 20, 25, 188, 53 saylı avtobus marşrutları isə ümumiyyətlə ləğv olunmuşdu.