Mayın 1-dən Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb.
Şuraya üzv dövlətlər növbə ilə hər ay ingilis dilinin əlifba sırası ilə bu vəzifəni icra edirlər.
Gələn həftə Şuranın sədri, BMT yanında Litvanın daimi nümayəndəsi Raymonda Murmokayte əvvəlcədən bütün üzvlərlə razılaşdırılan fəaliyyət proqramını jurnalistlərə təqdim edəcək.
Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Çin, Fransa, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Amerika Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. 10 müvəqqəti üzv BMT Baş Assambleyası tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i əvəz olunur.
Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Bu BMT-nin yeganə orqanıdır ki, onun qərarları təşkilatın bütün üzvləri üçün məcburi xarakter daşıyır.
Litva Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür. Onun səlahiyyətlərinin müddəti 2015-ci ilin sonunda başa çatır. Hazırda Litvadan başqa Anqola, Venesuela, İordaniya, İspaniya, Malayziya, Nigeriya, Yeni Zelandiya, Çad və Çili təşkilatın müvəqqəti üzvləri sırasındadır.
"Report"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR