Aralıq dənizinin Liviya sahillərində idarə olunmayan 6 üzən vasitənin göyərtəsindəki 1830 mühacir xilas edilib.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sahil mühafizə xidmətinin məlumatına görə, onlar qəzaya uğrayan 4 gəminin göyərtəsində və 2 rezin qayıqda olublar. Avropa İttifaqının Aralıq dənizində qanunsuz mühacirlərin daşınması ilə mübarizə məqsədi ilə apardığı hərbi-dəniz əməliyyatlarında 3 İtaliya, 1 Britaniya və 1 İrlandiya xilasetmə gəmisi iştirak edib.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən, bu ilin əvvəlindən etibarən Avropaya 500 minə yaxın mühacir gəlib. Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınlar Avropaya qaçaqmalçıların köməyi ilə Aralıq dənizi vasitəsilə keçməyə çalışırlar. Bu cür "səyahətlər” nəticəsində mühacirlərin bir hissəsi sahilə çatmamış tələf olur. BMT-nin hesablamalarına görə, ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd edən 3,9 min mühacir və qaçqın həlak olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL