"Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”.
Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman keçirdiyi mətbuat konfransında deyib.
R. A. Rahman Malayziyanın İslam həmrəyliyi ənənələrinə uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürülən qətnamələri dəstəkləməyə davam etdiyini bildirib. O qeyd edib ki, Malayziya 19 iyun 2014-cü il tarixində İƏT-ə üzv olan Xarici İşlər Nazirləri Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul edilən qətnaməni tam dəstəkləyir: "Biz beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli istiqamətində çalışmağa çağırırıq. Malayziya BMT Baş Assambleyasının 62/243 saylı "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsinin kosponsorudur. Malayziya ədalətli həll yolu ilə tapılıncaya qədər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməyə davam edəcək”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL