“Veteninfo.az” xəbər verir ki, Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili etnik azərbaycanlı tələbələrlə görüşüb.
Görüş Marneuli Gənclər Mərkəzi tərəfindən həyata keçirilən "Gənclərin İnkişaf Akademiyası" layihəsi çərçivəsində baş tutdu.
Zakareişvili tələbələrə Dövlət Nazirliyi Aparatının fəaliyyət göstərdiyi hər iki istiqamət - konfliktlərin həlli və etnik və dini azlıqların inteqrasiyası ilə bağlı məlumat verib.
Paata Zakareişvili görüşdə konfliktlərin nizamlanması sahəsində mövcud vəziyyətdən də söhbət açdı və tələbələri konkret məsələlərdə fəal olmağa və iş prosesinə qoşulmağa çağırıb.
Qeyd edək ki, proqram çərçivəsində tələbələr üçün müxtəlif mövzularda açıq mühazirələr keçirilir. Gürcüstanın və Azərbaycanın tanınmış təlimçiləri, yazarları, iş adamları, siyasətçiləri tələbələrə fərqli mövzularda təlim keçəcəklər.
Marneuli Gənclər Mərkəzinin meneceri Emin Əhmədov bildirib ki: “proqram tələbələri müxtəlif sahələrdə məlumatlandırmaq, dünya görüşünü artırmağa, cəmiyətə inteqrasiyasına yönəlibdir. Bu Günə kimi azərbaycandan, gürcüstandan və avropadan olan mühazirəçilərlə artıq bir sıra mühazirələr keçirmişik və bu kimi görüşlərin vacibliyini nəzərə alaraq 2013 ildə də mühazirələrimizə davam etdirəcəyik”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR