Quba rayon məhkəməsinin qarşısında bıçaqlanma hadisəsi baş verib.
Vətəninfo.az anspress-ə istinadən xəbər verir ki, hadisə günorta təxminən saat 12:50-də olub. Quba rayon polis şobəsinin müstəntiqi Mirmehdi Seyidovun verdiyi məlumata görə, Quba şəhər sakini 50 yaşlı Elçin Məmmədov qonşusu 46 yaşlı Gülarə Əsədova ilə aralarında olan inzibati işlə əlaqədər məhkəmədən sonra mübahisə edib.
Mübahisə zamanı Gülarə Əsədovanın qızı 22 yaşlı Aynur Əsədova Məmmədovdan bacısını harada gizlətdiyini soruşub. Elçin Məmmədov isə belə cavab verib:
"Sənin bacındı, bilmirsən o restoranlarda gəzir”.
Aynur Əsədova bu sözlərdən sonra Elçin Məmmədova üç bıçaq zərbəsi vurub. E.Məmmədov xəstəxanaya aparılıb, hazırda onun vəziyyəti qənaətbəxşdir. Aynur Əsədova və onun anası Quba rayon polis şobəsində izahatları alındıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, Gülarə Əsədovanın digər qızı Günay Əsədova 15 gündür itkin düşüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR