“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Arievin Azadlıq Radiosunun “Настоящее время” televiziyasına Azərbaycanla bağlı verdiyi müsahibəsi olduqca məsuliyyətsiz, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil”.
Vətəninfo.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) deputatı Adil Əliyev öz facebook statusunda qeyd edib.
A.Əliyev əlavə edib ki, məlum müsahibə məsuliyyətsizliyin və təxribatçılığın bariz nümunəsidir:
“Bu müsahibə dediyim kimi, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil. Hərə öz işi ilə məşğul olarsa, ölkəsinə daha çox fayda verə bilər. Təəssüf ki, bunu Ariev kimi insanlar başa düşmək istəmirlər. Azərbaycan öz yolu ilə gedir. Bu, sabitlik və sülh, güclü iqtisadiyyat yoludur. Ölkəmizin siyasi strateji xətti kimləri narahat edirsə, bu, onların öz işidir və bizi maraqlandırmır. Onlar dərk etməlidirlər ki, Azərbaycanı hansısa təxtibatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər. Çünki, 7 il bundan öncə Gürcüstanın, hazırda isə Ukraynanın düşdüyü vəziyyəti görürük. Siyasətçilər real nəticələrə hesablanıb danışmalıdırlar”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL