Vətəninfo.az xəbər verir ki, bu gün Bakı Metropolitenində yenidən problem yaşanıb. Metronun “Koroğlu” stansiyasında “İçərişəhər” stansiyasına doğru hərəkət edən qatar 20 dəqiqəyə yaxın yerindən tərpənməyib. Buna səbəb isə vaqonların qapılarının bağlanmaması olub. Milli.az-ın hadisə yerində olan müxbirinin sözlərinə görə, vaqonların qapılarını bağlamaq üçün metro əməkdaşlarının səyi də boşa çıxıb. Bundan sonra isə bütün sərnişinləri qatardan çıxarmaqdan başqa çarə qalmayıb.
Məsələyə aydınlıq gətirmək üçün metropolitenlə əlaqə saxladıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, saat 09:12-də “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən 5 saylı qatarın sonuncu vaqonunun qapılarında nasazlıq baş verib.
“Hadisə “Koroğlu” stansiyasında baş verib. Vaqonun qapıları bağlanmayıb. Bu səbəbdən sərnişinlər vaqonlardan evakuasiya olunub. Qatar depoya göndərilib. Yerinə əlavə qatar gətirilib. Hadisə nəticəsində 5 dəqiqə ləngimə olub. Lakin qatarların ümumi qrafikində heş bir gecikmə olmayıb”, - deyə Nəsimi paşayev bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR