Sabirabad rayonundakı 5 saylı orta məktəbin əmək təlimi müəllimi, ötən il dekabr ayının 5-də Kür çayına düşmüş maşından 3-cü sinif şagirdi Güldəstəni xilas edərək özü sularda qərq olmuş 57 yaşlı Əhliman Hüseynovun ruhunun ən çox sevindiyi gündür bu gün... İllər ötəcək, bu məktəbdə çalınan hər “Son zəng”in səsinə əsl müəllimin qəhrəmanlıq hekayəsini yazmış Əhliman müəllimin ruhu da səs verəcək.
Bu gün təhsil naziri Mikayıl Cabbarov Əhliman Hüseynovun xatirəsinə hörmət əlaməti olaraq onun işlədiyi Sabirabad şəhər 5 saylı orta məktəbdə oldu.
Nazir tədbirdəki çıxışında Əhliman Hüseynovu müəllimlik missiyasının ləyaqətli daşıyıcısı adlandırdı.
Təhsil naziri Sabirabad RİH başçısı Nazim İsmayılovla birgə məktəbdə keçirilən tədbirdə iştirak etdikdən sonra Əhliman müəllimin Cavad kəndindəki evinə də baş çəkib ailə üzvləri ilə görüşdü.
Nazir və onu müşayiət edən şəxslər Cavad kəndinə gedən yolda isə Kür çayı üzərindəki körpüdə, faciənin baş verdiyi yerdə dayanaraq Əhliman müəllimin xatirəsini bir daha yad etdilər.
Qeyd edək ki, Əhliman müəllimin mənzil şəraiti nəzərə alınaraq Təhsil Nazirliyinin himayəsi ilə mərhumun həyətində yeni ev də tikilib. Nazir yeni evdə aparılan son tamamlama işləri ilə də tanış oldu.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL