“ATƏT-in Minsk qrpunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Rusiya güclü dövlətlərdir. Bu 3 dövlətin Ermənistana təsir etmək rıçarqları hədsiz dərəcədə çoxdur. Rusiya Ermənstana desə ki, işğalçılıq niyyətindən əl çəksin, Ermənistan avtomatik bu addımı atacaq”. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı “Veteninfo.az”a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Fransanın, ABŞ-ın həmçinin beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın da Ermənistana kifayət qədər təsir etmək imkanı var: “Amma onlar bu addımı atmırlar. Azərbaycan xalqının və dövlətinin qarşısında ilk növbədə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Onlar xalqımızın qarşısında haqlı sualdan qaçaraq, başqa məsələlərdən danışırlar… 20 ildir ki, həmsədrlər Azərbaycana gəlib gedirlər. Burada yeyib içir, bu missiyadan tranpilin kimi istifadə edirlər, hansısa ölkəyə səfir göndərilirlər və s. Artıq bizdə fikir formalaşır ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir. Birincisi Tükiyə həmsədr olmalı, Avropa Birliyi də prosesə cəlb olunmalıdır. Ən azı ATƏT-in Minsk qrupunun bu formatı ləğv olunmalıdır. Qarabağ münaqişəsinin həlli BMT-nin mandatına verilməlidir”.
Firudin
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR