Millimiz Avropa çempionatı ilə vidalaşdı

Millimiz Avropa çempionatı ilə vidalaşdı
Azərbaycanın milli komandası futzal üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Rusiya yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtındakı "Belqrad Arena”da keçirilən matçda millimiz 2:6 hesabı ilə məğlub olub. Oyunda Azərbaycan millisinin heyətində Auqusto Sezar dubl edib. Rusiya yığmasının heyətində isə Sergey Abramov (2 dəfə), Romulo və Eder Lima (3 dəfə) fərqləniblər.

Matçı Paskal Lemal (Belçika), Timo Onatsu (Finlandiya), Sasa Tomiç (Xorvatiya) və Tomasz Frakdan (Polşa) ibarət hakimlər briqadası idarə edib.

Bununla da millimiz Avropa çempionatı ilə vidalaşıb. Yarımfinalda Rusiya yığması Serbiya komandası ilə qarşılaşacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az