Moldovalı iş adamı və siyasətçi, həmçinin "Olimpiya" futbol klubunun keçmiş prezidenti Sergey Kiselyev Bakıda qarət olunub.
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Moldova.sports" nəşrinə müsahibəsində bildirib.
İş adamı müsahibə zamanı jurnalistin "Sizin ən ağılasığmaz riskiniz necə olub?" sualına belə cavab verib:
"Riskli və ekstremal vəziyyətlər çox olub. Mən gənc olarkən, hərbi xidmətdən sonra şimalda işləyirdim və orada iki ilə 50 min Sovet rublu qazanmışdım. Həmin vaxtlar bu böyük məbləğ idi. Bu pula 3-4 yeni maşın almaq olardı. Evə qayıdarkən Bakıda oldum, orada məni soydular və bütün pullarımı əlimdən aldılar və mən şok vəziyyətində idim. Yadımdadır, itki ilə barışmaq mənim üçün necə çətin idi. Çünki iki il mən mədənqazmada işləmişdim, bu pullar mənə çox böyük zəhmət bahasına başa gəlmişdi. Bir anda isə məni qarət etdilər və hər şeyi əlimdən aldılar".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL