Moskvanın Domodedovo ərazisində baş verən dava nəticəsində üç Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.
Vətəninfo.az-ın məlumatına görə, "Report" agentliyi "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər nazirliyi mətbuat mərkəzindən verilən məlumata əsasən, azərbaycanlılarla yanaşı, xəstəxanaya Özbəkistandan Moskvaya gələn bir nəfər də yerləşdirilib.
"Çərşənbə axşamı, gecə saat iki radələrində Moskva vilayəti Domodedovo rayonu Sonino kəndində yerli mağazanın yaxınlığında təxminən on nəfərin iştirakı ilə dava baş verib. Bunun nəticəsində biri həddi-buluğa çatmayan şəxs olmaqla, üç Azərbaycan vətəndaşı və bir nəfər Özbəkistandan Moskvaya gələn şəxs xəstəxanaya yerləşdirilib", - mətbuat mərkəzindən bildirilib.
Əldə olunan məlumata görə, zərərçəkmişlər bildiriblər ki, onların beş-altı naməlum şəxslərlə mübahisələri düşüb. Sonradan bu mübahisə davaya çevrilib və naməlum şəxslər bıçağa əl atıblar. Hücum edən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL