"Müalicəmə 200 mindən çox xərclənib" - Hacı Nuran
Aparıcı Hacı Nuran Hüseynov "Atv Maqazin” verilişinə açıqlama verib.
O, müalicəsi üçün xərclənən məbləğdən danışıb:
"Birdən-birə
səhhətim pisləşdi. Azərbycanda müayinədən keçdim, cavabları Almaniyaya
göndərdim. Təcili çağırdılar ki, yeni bədxassəli şiş yaranıb. Müalicəmə
200 mindən çox pul xərclənib. Dözülməzdir, bu dəfə on qat ağır
kimyaterapiya etdilər. Dəhşətli ağrılar verir. Düşmənimə də arzulamıram
ki, bunu yaşasın. Həkim otağıma girəndə özümdən asılı olmayaraq ağlamağa
başlayıram. Bədənimə dəmir yerləşdirilib. Ordan iynələr vurulur. Onlar
bədənimdəki yaxşı, pis hüceyrələri öldürür. Bədəndə bütün proseslər
dəyişir. Hormonal dərmanlara görə kökəlmişəm. Məndə şəkər də tapıldı.
Indi ondan da müalicə alıram”.
H.Nuran arzularını da dilə gətirib:
"Ən
böyük arzum Azərbaycana qayıdım, dostlarımla bir olum. Quru çörək
olsun, burda yaşayım. Vacib deyil ki, mən geri qayıdıb yenidən
aparıcılıq edim. Gələndə təyyarədə bütün yolu ağlayırdım. İndi ilik
transplantasiyası olunacaq. Yenidən bakıya qayıtmamaq ehtimalım da ola
bilər. əməliyyata girməzdən əvvəl həkim kağıza qol çəkdirir. Birdən
əməliyyatdan ayılmaya bilərəm”.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nuran Almaniyada müalicə olunur.
Axşam.az