Gürcüstan hökuməti milli valyutanın - larinin dəyərsizləşmə prosesinin qarşısını ala bilmədiyi üçün istefa verməlidir.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org "Qruziya Onlayn”a istinadən bildirir ki, bunu keçmiş hakim "Vahid milli hərəkat” partiyasının deputatı Zurab Melikişvili dünən keçirilən brifinqdə çıxış edərkən deyib.
Qeyd edək ki, larinin uzun müddət 1,74-1,76 GEL/$1 səviyyəsində qalan məzənnəsi 2014-cü ilin oktyabr ayının sonundan gözəçarpacaq dərəcədə ucuzlaşmağa başlayıb. Bu gün Gürcüstanın Milli Bankı larinin mübadilə məzənnəsinin dollara nisbətini 2.3336 GEL/$1 müəyyən edib.
"Milli valyutanın dəyərsizləşməsi əhalinin yoxsullaşmasında birbaşa əks olunur... Belə ki, hökumətin bu problemin öhdəsindən gəlmək üçün planı yoxdur, əksinə, bu illər ərzində tətbiq edilən tənzimləmələr ölkəyə investisiya yatırımına birbaşa maneə törədir, biz onun istefasını tələb edirik”, - deyə Melikişvili vurğulayıb.
Əslində müxalifət haqlıdır. Çünki 2014-cü ilin oktyabr ayının 26-dan 2015-ci ilin avqust ayının 24-ə qədər larinin dollara nisbətən məzənnəsi 33,1% ucuzlaşıb.
2015-ci ilin iyul ayında isə ölkədə ərzaq və spirtsiz içkilərin qiymətləri 2014-cü ilin iyul ayı ilə müqayisədə 7,1% artıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL