Vətəninfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb. DİN-dən AzVision.az-a bildirilib ki, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş narkotik maddənin satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Cəlilabad rayonunda keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 11 kiloqram həşişi satmaq istəyən 43 yaşlı İlyas Nağıyev cinayət başındaca yaxalanıb. Saxlanılan şəxs bildirib ki, İranda tanış olduğu Cəfər adlı şəxs ona zəng vuraraq həşişin Cəlilabad rayonu ərazisində gizlədildiyini deyib.
İlyas Nağıyev Cəfər adlı şəxsin tapşırığı ilə narkotik maddəni götürərək satmaq üçün əvvəlcədən tapdığı müştəriyə aparıb. İlyas Nağıyev 11 kiloqram həşişi 27.500 Amerika dollarına satarkən əməliyyatçılar tərəfindən ələ keçirilib. Saxlanılan şəxsdən həşiş və 27.500 dollar maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır. Polis əməkdaşları narkotik maddənin mənbəyini araşdırır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR