Nastola kitabxanasında beynəlxalq foto sərgi

Nastola kitabxanasında beynəlxalq foto sərgi

 

Nastola şəhərindən olan Jussi Hertti Azərbaycanda keçirilən "Gəncə Avropa Gənclərinin gözü ilə” adlı beynəlxalq fotoqrafiya layihəsində iştirak etmişdir. Layihə bir həftə davam etmiş və sonda çəkilən şəkillərdən ən yaxşıları seçilərək sərgi keçirilmişdir. Həmin şəkillər Avqust ayında Nastola şəhərinin kitabxanasında sərgilənəcəkdir.

Onun bu lahiyədə iştirakı özü üçün bir qədər gözlənilməz olmuşdur. Beləki Gəncə şəhərin Gənclər və İdman İdarəsində işləyən Zöhrab adlı dostu tərəfindən layihədə iştirakı üçün dəvət alan Yussiyə qərar vermək elədə çətin olmadı. Layihəyə 15 ölkənin 15 – dən çox fotoqrafı cəlb edilmişdir. Bundan əlavə layihədə yerli fotoqraflarda iştirak edirdilər.

-"Gəncə şəhəri 2016 – cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir. İştirak etdiyim layihə ümumilikdə keçiriləcək 40 – dan çox layihənin ilki idi- Hertti deyir.

Hertti bildirirki layihənin məqsədlərindən biridə şəhərin avropalı gənclərin gözündə necə görünməsini öyrənmək idi. Bəs görəsən şəhər avropalı gənclərə necə təsir bağışlayıb?

 

-"Bəlkədə Gəncə dünyanın ən turistik şəhəri deyil ancaq ümumilikdə həm arxitektura həmdə mədəniyyət baxımından çox unikaldır. Şəhər özündə bir çox mədəniyyətləri birləşdirir özəlliklədə Türk, Sovet və Azərbaycan mədəniyyətlərini” – Hertti deyir və onuda vurğulayır ki, şəhər əhalisi son dərəcə çox qonaqpərvərdir.

 

Finlandiyalı Hertti həmçinin şəhərin bəzi ekzotik yerlərindədə olmuşdur. Şəhər kənarı gəzintiləri zamanı yerli insanlar ona yaxınlaşaraq onunla şəkil çəkdiriblər.

 

Yerli insanların şəkilləri

 

Hertti Azərbaycana gedərkən yeni başlayan fotoqrafçı idi. Gəncədəki yerli peşəkar fotoqrafçılar avropadan gəlmiş yeni başlayan fotoqrafçılara qısa seminar keçmiş və onlara bu sənətin sirlərini aşılamışdılar. Səfəri zamanı Hertti daha çox yerli insanların, gənclərin şəkillərini çəkməyə önəm vermişdir.

Beləliklə, Hertti İyul ayının bir həftəsini Azərbaycanda keçirdi. Layihənin sonunda, yuxarıda qeyd edildiyi kimi ən yaxşı 50 şəkil münsiflər heyəti tərəfindən seçilərək sərgidə təqdim edildi. Sərgidə bütün iştirakçıların işləri təqdim edilmişdir. Sərgilənən şəkillərin arasında Hertti’nində iki şəkili yer almışdır.

 

-"Ola bilsin ki, sərgilənən 50 şəkilin hamısını Nastola şəhərinin kitabxanasına sığdırmaq mümkün olmasın. Ona görədə sərgi biraz məhdud ancaq hər kəsin izləməsi üçün 1 ay ərzində təşkil olunacaq” – deyə Yussi qeyd edir

-

Herttiyə görə Azərbaycana səfər onun üçün əla təcrübə olub və bir çox yeni insanlarla əlaqəlar qurmaqda ona köməklik edibdir.

 

-"Mən qazandığım təcrübəni heç nəyə dəyişmərəm” – o vurğulayır.

 

Sonda, sərgi Avqust ayı boyunca Nastola şəhərinin mərkəzi kitabxanasında təşkil ediləcək. Bütün maraqlı şəxsləri Yussi sərgiyə tamaşa etməyə dəvət edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az