Nazirlər Kabineti: 2022-ci il yanvarın 1-dən...

Nazirlər Kabineti: 2022-ci il yanvarın 1-dən...

Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.

Miq.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, qərar "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az