Qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevadan üzr istəməlidir
Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin ödənilməsinə dair mülki işə məhkəmə baxışı başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin bu günkü (02.07.2013-cü il) tarixli qətnaməsi ilə İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib. Məhkəmənin qətnaməsinə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib. Eyni zamanda qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə İlhamə Quliyevadan üzr istəməlidir.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 9 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR