Neft şirkətləri razılığa gələ bilmədi

Neft şirkətləri razılığa gələ bilmədi

Neft şirkətlərinin rəhbərlərinin Rusiyanın energetika naziri Aleksandr Novakla keçirdiyi görüşdə Rusiyanın hasilat və ixrac həcmlərinin azaldılması məsələsində konsensusa nail olunmayıb. Bu barədə "Gazeta.ru” görüşdəki mənbəyə istinadən xəbər verib.  "Hasilat və ixrac həcmlərinin azaldılması məsələsində bazar iştirakçılarının bəzilərində lobbizm var, lakin bu hər bir şirkətin hasilat üzrə real planlarından asılıdır. Kimdəsə hasilat artır, kimdəsə yox, bu baxımdan da  mövqelər müxtəlifdir”, deyə mənbə olub.
 
Qeyd edək ki, Rusiyanın energetika naziri Aleksandr Novakın  neft hasil edən ölkələr arasında fevralda görüşün baş tuta biləcəyini bildirib.   Novak görüşdə neft hasil edən ölkələrin hasilat həcmini 5 faiz azaldılması ilə bağlı müzakirələr aparacağını bildirib.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az