"Bəzən deyirlər ki, rektor 5 il işləməlidir və yaxud parlamentdə 5-10 il işlədi, bəsdir. Bunun əleyhinəyəm. İnsan işlədikcə püxtələşir".
Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel
Məhərrəmov Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən
iclasında deyib.
A.Məhərrəmovun sözlərinə görə, deputat universiteti, deputat ali məktəbi yoxdur ki, adamı hazırlayıb deputat edəsən: "Hərəmiz bir sahədəyik, burada ümumi qanunvericilik müstəvisində
birləşirik. Kimin təcrübəsi çoxdursa, o, deputatlığa daha çox layiqdir.
Köhnə korpusun əksəriyyəti deputatlığa namizəd olaraq qalır və mən tam
əminəm ki, işlərimiz əvvəlkindən daha yaxşı olacaq. Çünki hər beş ildən
bir adam daha da təkmilləşir. Biri var 5 il oxuyasan, biri var 15 il, 20
il oxuyasan. Mən həmişə tələbələrlə söhbət edəndə onlardan neçənci
kursda olduqlarını soruşuram. Misal üçün, deyirlər 3-cü. Deyirəm, mən də
43-cü kursdayam, hələ mən də oxuyuram".
Rektorun fikrincə, təbii ki, deputatlar nə qədər çox oxusalar, o qədər yaxşı olar: "Təbii ki, parlamentdə yeniləri də olacaq. Mən yeni tərkibə uğurlar
arzu edirəm. Vəzifə adamın alnına yazılmayıb ki. Vəzifə ömürlük də ola
bilməz, o dünyaya vəzifə aparan deyilik ki... Vəzifə bir gün gəlir, bir
gün də getməlidir, burada heç bir narahatlıq yoxdur. Hələ rektor işini
apara bilsək, böyük məsələdir".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL