“O veriliş bağlanmalı, Mikayıl da işdən çıxarılmalıdır”

“O veriliş bağlanmalı, Mikayıl da işdən çıxarılmalıdır”
Müğənni Əli Mirəliyevin növbəti tənqid hədəfi  Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi "Sevimli şou” verilişi oldu.    
Vətəninfo.az-ın məlumatına görə, müğənni teleqraf.com-a bildirib ki, "Sevimli şou” verlişinin yayımı dayandırılmalıdır. Onun sözlərinə görə, verilişdə   səviyyəsiz musiqilər  təqdim edilir: "Space” kanalında yayımlanan "Sevimli şou" verilişini bağlamaq lazımdır. 
Mikayıl verilişə yaxşı səviyyədə başlamışdı və Azərbaycan bəstəkarlarının mahnılarını təqdim edilirdi. Sonra bəstəkar mahnılarını "Sədərək" mahnıları ilə əvəz etdi, verilişdə  "tolkuçka " mahnıları təqdim edilməyə başlanıldı. O musiqilər bizə yad olan musiqilərdir. Orada iştirak edənlər  pul verib verilişə çıxırlar. Qiymətlərini də bilirik. Heç bir yerdə adı olmayan və özfəaliyyət şəklində ifa edən müğənniləri efirə çıxarırlar. Efirin öz mədəniyyəti var. Beləliklə, o veriliş bağlanmalı və Mikayılı da işdən çıxarmaq lazımdır”.  
Qeyd edək ki, "Sevimli şou” verilişi "Space” kanalında həftədə bir dəfə yayımlanır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az