Abşeron rayon UGİM 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən Sərbəst güləş üzrə Abşeron rayonunun yaradılmasının 50 illiyinə həsr edilmiş turnir keçirib. Turnirdə 23 çəki dərəcəsində 2. yeri Riad Aslanov və 26 kq çəki dərəcəsində isə 3. yeri Hüseyn Aslanov tutub.
Riad Hüseynov öz hislərini saytımızla bölüşüb:
“Məşq sayəsində müəllimim idman ustası Müşfiq Cəfərova, psixologiya və ruh yüksəkliyi cəhətdən isə dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi, Avropa üçüncüsü Emin Əzizova minnətdarlığımı bildirirəm. 1999-2000-ci illər arasında özüm 2003 təvəllüdlü ola-ola yarışlara qatılmışam və dörd görüşdə iştirak etmişəm.
Abşeron rayonunun 50 illiyinə həsr olunmuş turnirdə müəllimim Müşfiq Cəfərov mənə bildirdi ki, sən balacasan, bu yarış 1999-2000-ci illərin yarışıdır. Lakin mən müəllimimdən xahiş etdim ki, yarışda iştirak etməyə icazə versin. Müəllimim bizim həvəsli olmağımızı görüb mənə və balaca qardaşıma yarışda iştirak etməyə icazə verdi. Qardaşım Hüseyn Aslanov özündən 4 yaş böyük və dəfələrlə yeniyetmələrarası respublika və Bakı çempionu Elşənə polfinalda uduzaraq 3-cü yerə layiq görüldü. Mən özümdən böyük rəqibləri məğlub edərək finala çıxdım. Mənim rəqibim məni çətinliklə udaraq 1ci yerə, mən isə ikinci yerə çıxdım”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR