Vətəninfo.az xəbər verir ki, Bakıda dəhşətli avtobus qəzası baş verib. Qəza Zığ şossesindən şəhərə gələn istiqamətdə baş verib. Hadisə şahidlərinin milli.az-a verilən məlumata görə, qəzanın səbəbi avtobus sürcüsünün sürəti aşması olub. Belə ki, şəhər istiqamətində hərəkət edən avtobus içi dolu sərnişinlə yolun kənarında duran "Qazel" markalı avtobusa "girib". Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan üçü qadın, biri isə kişidir. Xəsarətlər ağır olduğundan sərnişinləri təcili tibbi yardım gözləmədən taksilərə mindirib xəstəxanalara yollayıblar.
Zığ şossesindən şəhərə gələn istiqamətdə qəzaya uğrayan sərnişin avtobusunun nömrəsi məlum olub. Qəzaya uğrayan “Əhmədli” metrostansiyasından Zığ qəsəbəsi istiqamətinə hərəkət edən 132 saylı avtobusdur. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, həmin avtobusun sürücüsü sürətlə hərəkədə olarkən idarəetməni itirib. Sürücü avtobusu saxlaya bilməyib və avtobus qarşıdakı “Qazel” markalı yük maşınına çırpılıb. Xoşbəxtlikdən qəza zamanı insan ölümü qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR