Pərviz Şahbazov post müharibəsinə başladı - Energetika Nazirliyində XAOS

Pərviz Şahbazov post müharibəsinə başladı - Energetika Nazirliyində XAOS
Energetika naziri Natiq Əliyevin vəfatından sonra Pərviz Şahbazov yeni nazir təyin edildi.
 
Miq.az-a daxil olan məlumata görə, yeni nazir Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur. Gənc və perspektivli görünən yeni nazirin Azərbaycan iqtisadiyyatının bel sütunu olan energetika sahəsində mühüm addımlar atacağına ümid edilir. Lakin onun gəlişindən sonra energetika sahəsində hər-hansı yeniliklər yox, nazirlik tərkibində qarşıdurma gündəmdədir. Miq.az-a daxil olan məlumata görə, hazırda Energetika Nazirliyində Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postuna uğrunda savaş başlanıb. Pərviz Şahbazov nazir təyin olunan kimi Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Hacıqulu Sadıqovu işdən çıxartdı. Məlumata görə, Hacıqulu Sadıqovun nazirlikdə ciddi nüfuzu olmayıb, həmçinin, kollektiv də ondan narazı olub. Sadıqovun gedişindən sonra idarənin kollektivi bayram edirmiş. Yeni nazir bu mühüm posta hazırda Dövlət Qaz Nəzarəti İdarəsinin regional bölmələrin birindən rəis gətirmək niyyətindədir. Hətta bununla bağlı artıq işə başlanıldığı deyilir. Məlumata görə, yeni gətirilən rəis Prezident Administrasiyasında yüksək post tutan şəxsin kirvəsidir.  Lakin bu təyinat hələlik rəsmiləşməyib. Buna səbəbsə Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postu uğrunda mübarizənin Energetika Nazirliyinin də hüdudlarını aşaraq, "klanlararası” müstəviyə keçməsidir. Hazırda bu posta kimin təyin olunması üzərində mübarizə gedir. Hələ ki namizədlərdən uç nəfərin adı məlumdur.



Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az