Pilot yolu səhv saldı – Formula-1

Pilot yolu səhv saldı – Formula-1
Formula-1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib.
 
Report-un məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.
 
16-cı döngədə sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.
 
Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.
 
Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mersedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az