Polislərin olduğu maşın qəzaya düşdü: ölən var

Polislərin olduğu maşın qəzaya düşdü: ölən var

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini Məzahir Mirzəliyev "Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az