Prezidentin yeni – 11-ci köməkçisi kimdir? - Dosye

Prezidentin yeni – 11-ci köməkçisi kimdir? - Dosye
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev özünə yeni köməkçi təyin edib. Prezidentin yeni köməkçisi Andrey Vladimiroviç Sipilin həm də Prezident Administrasiyasında yaradılan Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışacaq. Bu təyinatdan sonra İlham Əliyevin köməkçilərinin sayı 11 nəfərə çatıb.

Andrey Sipilinin tərcümeyi-halını təqdim edirik:

A.Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

O, "PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsini tutub.

2020-ci ildə Azərbaycanın Birinci vitse-prezidentinə köməkçi təyin edilib və 2022-ci il noyabrın 24-nə kimi həmin postu tutub.

Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi, milliyyətcə yəhudi olan Tatyana Qoldmanın oğludur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az