Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək. H qrupunda yer alan yığmamız Norveç millisinin qonağı olacaq.
Bu tsikldə 3-cü səfər matçına çıxacaq millimiz ümumilikdə 6-cı oyununu keçirəcək. Əvvəlki iki səfər qarşılaşması komandamız üçün uğursuz nəticələnmişdi.
O vaxt Berti Foqtsun çalışdırdığı millimiz Xorvatiyadan 0:6, İtaliyadan isə 1:2 hesablı məğlubiyyətlə dönmüşdü.
Komandamızın baş məşqçisi Robert Prosineçki üçün isə bu, ilk səfər görüşü olacaq. Xorvat mütəxəssis ümumilikdə 3-cü dəfə əsas komandamızı oyuna çıxaracaq. Əvvəlki iki oyunun biri rəsmi (Malta ilə Bakıda 2:0), digəri isə hazırlıq matçı (Serbiya ilə Avstriyada 1:4) olub.
Bu, həm də skandinaviyalılarla cari mərhələdə ikinci görüşümüz olacaq. İlk oyunda Bakıda rəqibə 0:1 hesabı ilə yenilən millimiz revanş arzusundadı.
Norveçlə əvvəlki qarşılaşmalarda millinin nəticələri o qədər də ürəkaçan deyil. DÇ-1998-in seçmə mərhələsində də evdə tək qola üzülmüşdük. Ancaq o vaxtkı səfər qarşılaşması bizim üçün daha acınacaqlı olmuşdu – 0:5.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
12 iyun
23:45. Norveç – Azərbaycan
Baş hakim: Pavel Gil (Polşa)
Oslo. “Ullevol” stadionu
Apasport.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL