Rusiya prezidenti Vladimir Putin Soçidə məşhur aktyor Jerar Depardye ilə görüşüb. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı fransalı aktyora Rusiya pasportunu təqdim edib. Vladimir Putin və Jerar Depardye nahar da ediblər.
Qeyd edək ki, Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığının verilməsi barədə fərmanı yanvarın əvvəllərində imzalamışdı. Fərmana əsasən, 1948-ci ildə Fransada anadan olmuş Jerar Depardyenin Rusiya vətəndaşlığına qəbulla bağlı müraciətinə müsbət cavab verilib.
Jerar Depardye dekabrda Fransa vətəndaşlığından imtina qərarını açıqlayıb. Bundan sonra Fransanın baş naziri onun bu addımını "acizlik" və "nifrətə layiq hərəkət" kimi qiymətləndirib. Aktyor isə bəyan edib ki, son 45 il ərzində Fransada 145 milyon avro vergi ödəyib və dövlət qarşısında borcunu yerinə yetirməkdən heç vaxt boyun qaçırmayıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR