Putindən əmr gəldi: Rus qoşunları Suriyadan geri çəkilir
"Tapşırıqlar ümumən yerinə yetirilib”.
Rusiya prezidenti Vladimir Putin martın 15-dən başlayaraq ölkəsinin Suriyadakı əsas qüvvələrinin çıxarılmasına başlamağı əmr edib.
Putin çıxışı zamanı Müdafiə Nazirliyinin qarşısında qoyulmuş vəzifələrin ümumilikdə yerinə yetirildiyini bildirib.
"Hesab edirəm ki, Müdafiə Nazirliyinə tapşırılmış bütün vəzifələr layiqincə yerinə yetirilib. Buna görə əmr edirəm ki, sabahdan bizim Suriya Ərəb Respublikasındakı hərbi qruplaşmamızın əsas hissəsinin çıxarılmasına başlanılsın”, - Putin xarici işlər naziri Sergey Lavorv və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.
Putin bu qərarı ilə Suriya münaqişəsinin tənzimlənəcəyinə də ümid etdiyini söyləyib.
Miq.az