BAZAR SAKİNLƏRİ
Səhərin gözü açılmamış
Bazara tökülürlər adamlar...
Hələ başqa sakinlər də var...
Boz sərçələr, qarğa-quzgunlar,
Veyil – veyil gəzən sahibsiz itlər...
Çünki orda qazanc var, cörək var.
Ac gözlər var, ac qarınlar var...
Bax, belə başlayır bazar.
Kimi araba çəkir,
Kimi yeşik daşıyır,
Kimi qarnını daşıyır
Piştaxta arxasına ...
Dolaşır bazarı arzular.
Bazar başlayacaq, alıb-satmağa..
Adamlar arasında...
Satılacaq arzular, istəklər, vicdanlar
Nə olsun ki ortada qazanc var,
Çörək var.
Beləcə, hökm sürür bazar...
Boz çərçələr əldən düşənı qamarlayacaq.
Qarğa-quzğunlar gözləyəcək,
Adamlar cəkilsin yerini tutmağa...
Yerdə qalanı dartışdırmağa
Itlər onları qovacaq,
qarğa-quzğunun tapdığı,
artıq-urtuqu qamarlamağa.
Qarınlar doymayacaq,
Gözlər doymayacaq.
Hələ səhərə yenə ümid var.
Yeni bazar sakinləri var...
Beləcə hökm sürür,
Qanunsuz qanunla
BU DƏRD ƏlİMDƏ SOYUYUB.
Hənirti yox nəfəsimdə
Bu dərd əlimdə soyuyub.
Əynimdə kirli görünür,
Görən bu dərdi kim yuyub?
Çovğun-qarda ürək donur,
Hər əsəndə külək dolur.
Bu dərd məni fağır sanır
Oyub ürəyimi oyub.
Ta yada salmayır məni,
Vecinə almayır məni,
Yanımda qalmayır mənim
Daha bu dərd məndən doyub.
Axıb göz yaşımnan gedib,
Çəkilib qaşımdan gedib,
Əkilib başımdan gedib
Məni yenə düzdə qoyub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR