Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Rəna Cəlilova oğlugilə gedərkən itkin düşüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə virtualaz.org saytına R.Cəlilovanın oğlu Seymur Bağırov məlumat verib.
S.Bağırovun sözlərinə görə, anası dünən - oktyabrın 12-də Atatürk prospekti, 5A ünvandan çıxaraq Ağa Nemətulla küçəsi, 20, mənzil 39-a gəlmək istəyib: "Müşahidə kameraları vasitəsilə onun getdiyi yolu izləyə bildik. Anam Atatürk prospekti, 5 A ünvanında 67 saylı marşruta minib. Fətəli xan Xoyski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində avtobusdan düşüb. Bundan sonra piyada keçidinə girib. Lakin sonradan onun hansı istiqamətdə getdiyi görünmür”.
S.Bağırov deyir ki, anasının yaddaş problemi yoxdur.
O, hüquq-mühafizə orqanlarına müraciət edib. Polis hazırda R.Cəlilovanın axtarışları ilə məşğuldur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL