Vətəninfo.az xəbər verir ki, "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la keçirilən ilk oyununun (2:1) hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək. Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Ukraynalı baş hakim Sergey Boyko görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın ikinci qolunun müəllifi Reynaldo Silvaya birbaşa qırmızı vərəqə verərək onu meydandan qovub. "Qarabağ" klubu isə həmin epizodda qayda pozuntusunun olması ilə razılaşsa da, hakimin qırmızı vərəqə qərarına etiraz edib. Klub rəsmisinin sözlərinə görə, bu gün məsələ ilə bağlı UEFA-ya şikayət ərizəsi göndəriləcək.
Qeyd edək ki, UEFA-nın apellyasiya komitəsi "Qarabağ"ın şikayətinə komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidir. Xatırladaq ki, görüşün baş hakimi "Qarabağ"dan Admir Teli, "Zalsburq"dan isə Kristian Şveqleri də meydandan qovub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR