QMİ ölən zəvvarların ailələrinə pul verdi
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş
azərbaycanlı zəvvarların ailələrinin hər birinə 6 min manat məbləğində
kompensasiya ödəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə report-un sorğusuna
cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin
rəhbəri Rəhimə Dadaşova məlumat verib.
"Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.
Xatırladaq
ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı
Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov
dünyasını dəyişib.