Qırx səkkiz yaşlı çinli fermer Çen Xininyanın həyatı həqiqətən son dərəcə məşəqqətlidir.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "newsland.ru” saytına istinadla xəbər verir ki, elektrik cərəyanının vurması nəticəsində 17 yaşında qollarını itirən Çen fermada işləməyi öyrənib və bu günə qədər həmin işlə məşğul olur. Amma təkcə əlil olsaydı, dərd yarı idi. 20 yaşında atasını itirib, indi isə xəstə anasına baxmaq onun öhdəsinə düşüb. Müəyyən vaxt keçəndən sonra anasının vəziyyəti lap da pisləşib. Kimsə Çenə dilənçilik etməyi məsləhət görüb. Amma o bildirib ki, qolları olmasa da, ayaqları yerindədir. Əlqərəz, pul qazanıb həm özünü, həm də anasını dolandıra bilər. Çen ayaqları ilə səbət toxumağı və fermaya nəzarət etməyi öyrənib. 2014-cü ildə onun anası tamamilə iflic olub. İndi onu qaşıqla yedirtmək lazım gəlib. Amma Çen bunun da öhdəsindən gəlib. Çenə əziyyət verən yeganə məsələ corab geyinməyi öyrənə bilməməsidir. Buna görə də tez-tez ayaqlarının donmasından əziyyət çəkir.
Çenin ayağındakı çapıq ilk dəfə bıçaqdan istifadə etmək cəhdindən sonra qalıb. Təsərrüfatı da, məişəti də Çenin ayaqları idarə edir.
Çen kimsəyə əl açmadan pul qazanmağa, həm özünü, həm də anasını doyuzdurmağa nail olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL